İATM - Azərbaycanda fəaliyyət göstərən şirkətlərin ehtiyaclarına uyğun mühasibat uçotu üzrə Mütəxəssislər yetişdirən 10 ildən çox təcrübəyə malik ixtisaslaşmış araşdırma və tədris mərkəzidir. Mərkəzimizin əsas Fərqi mühasib və maliyyəçi kimi çalışan və eyni zamanda biliklərini paylaşmaq həvəsi olan yüksək pedaqoji qabiliyyətə sahib Müəllim Komandasına malik olması, həmçinin tələbələr üçün asan anlaşılan Tədris Vəsaitləri hazırlayaraq tədrisi praktiki şəkildə təşkil etməsidir. İATM ölkəmiz müstəqillik qazandıqdan sonra ilk dəfə yerli tələbata uyğun mühasiblərin hazırlanması üçün milli Sertifikasiya Sistemini formalaşdıraraq imtahanlar keçirmişdir və bunu mütəmadi olaraq təkmilləşdirərək həyata keçirməkdə davam edir. Mərkəzimizdə formalaşan mütəxəssis mühasiblər ölkənin müxtəlif şirkətlərinə işlə təmin olunmaq üçün təklif edilir.