Təlim şirkətləri

Əsas məqsədi ölkədə mühasibatlığın beynəlxalq standartlara cavab verməsi, yerli sahibkarlıq strukturlarına bu istiqamətdə köməklik göstərilməsi və Azərbaycan Respublikasında müasir mühasibatlığın inkişafına dəstək göstərilməsi olan “Gənc Mühasiblər” İctimai Birliyi 15 fevral 2000-ci il tarixində dövlət qeydiyyatına alınmış və hazırki dövrə qədər uğurlu fəaliyyət göstərməkdədir. Birliyin sədri Solmaz Əliyevadır.
2019-cu ildə isə “Gənc Mühasiblər” İctimai Birliyi (GMİB) Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin müvafiq qərarı ilə “Peşəkar Mühasib Təşkilatı” statusuna layiq görülərək akkreditasiyadan keçmişdir. Bütün fəaliyyəti dövründə ictimai birlik vətəndaş cəmiyyətinin inkişafı, sağlam biznes mühitinin formalaşması, mühasibatlıq sahəsində kadrların hazırlanması, bu sahədə layihələrin keçirilməsi, cəmiyyətdə sahibkarlıq strukturlarının rolunun artırılması, həssas qrupdan olan insanların inkişafı istiqamətində davamlı fəaliyyət göstərmişdir.
Təşkilatımızın 20 illik fəaliyyəti dövründə hər il 25-30 nəfər ixtisasını artırmış gənc, mühasib və bir çox peşə sahələri üzrə kadr kimi hazırlanaraq işlə təmin olunmuşdur.

HƏDƏFLƏRİMİZ
Ölkədə aparılan iqtisadi inkişafa yönəlik islahatlarda yaxından iştirak etmək və öz töhvəsini vermək.
Müasir iqtisadi bilikli kadrların, sosial cəhətdən həssas qrupların gənc mühasib və digər peşə sahələri üzrə mütəxəssislərin hazırlanmasına dəstək vermək.
Sahibkarlıq vərdişlərinin formalaşdırılması, qeyri-neft sektorunun və kiçik biznesin inkişafı istiqamətində, habelə, sahibkarlıq və vergi mədəniyyətinin formalaşmasında fəal iştirak və maarifçiliyin təşkili.
İqtisadi sektorda, mühasibatlıq və digər sahələrdə qanunvericiliyin tətbiqi istiqamətində təbliğatın aparılması.
Qeyri-hökumət və biznes strukturlarında mühasibatlıq, marketinq, menecment, layihə idarə olunması və digər kurs, kadrların hazırlanması xidmət mədəniyyətinin təşkili.
Xarici ölkələrdə mühasibatlıq sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və təbliği, beynəlxalq əlaqələrin təşkili, təcrübə mübadiləsi.
Gənc mühasiblərə, menecerlərə və digər peşə sahiblərinə informasiya və məsləhət xidmətinin təşkili.

VƏZİFƏLƏRİMİZ
Aztəminatlı ailələrdən olan gənclərə ödənişsiz mühasibatlıq, kompüter (elektron mühasibatlıq), dil kursları kimi müxtəlif kursların təşkili və onlara hərtərəfli dəstək.
Gənclərin məişət, sosial və peşə problemlərinin həllində kömək etmək.
Qarabağ bölgəsindən olan vətəndaşların, o cümlədən əlillərin çalışdığı müəssisələrə ödənişsiz mühasibatlıq xidmətinin göstərilməsi.
Uşaqların və gənclərin mənəvi-əxlaqi səviyyələrinin yüksəldilməsinə , onların Milli və dünya mədəniyyətinin nailiyyətlərinə yiyələnməsinə, klassik təhsilin intibahına hərtərəfli kömək göstərilməsi, humanitar təhsil müəssisələrinin işində iştirak edilməsi.
İnternatlarda, uşaq evlərində, bağçalarda, qocalar evlərində yaşayan insanların maddi durumunun yaxşılaşması üçün onlara hər cür köməkliklər göstərmək.
Aztəminatlı, kimsəsiz, Qarabağ bölgəsindən olan ailələrdəki gənc və istedadlı tələbə və şagirdlərə maddi və mənəvi kömək göstərilməsi.

Təlimlər