1984-cü ildə Zəngilan rayonunda anadan olmuşdur.
Təhsili:
2001-2005-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasında Menecment ixtisası üzrə təhsil almışdır.
2005-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi üzrə təhsil almışdır.
Əmək fəaliyyəti:
2001- 2002-ci illərdə özəl şirkətlərdə satış analitiki kimi fəaliyyətə başlamışdır. Şirkətlərdə effektiv satışı üzrə tədqiqatlar aparmış, səmərəli satış bazasının qurulmasında analitik dəstək olmuşdur.
2002-2006-cı illərdə bələdiyyələr və sosial layihələr sahəsində təlimçi və Layihə Meneceri kimi çalışmışdır, beynəlxalq qeyri – hökumət təşkilatları ilə əməkdaşlıq edən yerli ictimai təşkilatların layihələrində Layihə konsultantı və təlimçi kimi iştirak etmişdir.
2006-2007-ci illərdə isə “Bees Group” şirkətində İnsan resursları departamentində direktor müavini vəzifəsində çalışmışdır.
2008-ci ildən “Accessbank” QSC-də kiçik kredit mütəxəssisi kimi fəaliyyətə başlamışdır.
2008-2011-ci illər “Accessbank” QSC-də kredit mütəxəssisi kimi çalışmışdır.
2011-2013-cü illər “Accessbank” QSC-də Aparıcı kredit mütəxəssisi kimi çalışmışdır.
2013-2018-ci illər “Accessbank” QSC-də Komanda rəhbəri kimi çalışmışdır.
2018-2019-cu illərdə “Accessbank” QSC-də Filial müdirinin müavini/ KOB kreditləri üzrə Menecer vəzifəsinə yüksəlmişdir.
2019-2020-ci illər “Accessbank” QSC-də Salyan filialinin rəhbəri vəzifəsində çalışmışdır.
2021-ci ildən hazırki dövrədək “Accessbank” QSC-də Nərimanov filialının rəhbəri vəzifəsində çalışmaqdadır.
Hal-hazırda isə Filial rəhbəri vəzifəsində fəaliyyətini davam etdirir. Bankda çalışdığı illər ərzində mikro, kiçik və orta sahibkarlıq və korporativ bankçılıq sahəsində zəngin təcrübəyə yiyələnmişdir. Accessbank nəzdində təşkil edilən treyininq mərkəzinin 4 ildən artıq fəal təlimçisi olmuş və biznes kreditləri üzrə mütəxəsislərin hazırlanmasında yaxından iştirak etmişdir.
Eyni zamanda ABŞ-ın nüfuzlu universiteti olan Massaçuset İnformasiya Texnologiyaları universitetindən “Mikro iqtisadiyyat”, Harvard universitetindən “Tətbiqi liderlik: əsas prinspilər” və London Universitetindən “Müasir şirkətlərin idarəedilməsi” üzrə (onlayn kurslardan müvəffəqiyyətlə keçərək) sertifikatlar əldə etmişdir.
Bundan əlavə özəl şirkətlərlə strateji idarəetmə istiqaməti və komanda quruluculuğu üzrə konsaltinq tipli xidmətlərin göstərilməsində 3 ildən artıq praktiki biliklərə və təcrübəyə sahibdir.