1987-ci ildə Bakı şəhərində anadan olub.
Təhsili:
2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” (Türk dünyası işletme fakultesi) ixtisası üzrə təhsil almışdır.
2020-2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində MBA təhsili almışdır.
Əmək fəaliyyəti:
2009-2010-cu illərdə Azər-Türk Bank ASC-də Əməliyyat departamentinin Plastik kartlar servisində mütəxəssis kimi fəaliyyətə başlamışdır.
2010-2011-ci illərdə Azər-Türk Bank ASC-də Hesablaşmalar departamentində Ödəniş sistemləri ilə iş şöbəsində baş mütəxəssis kimi çalışmışdır.
2011-2013-cü illərdə Azər-Türk Bank ASC-də Müştəri xidmətləri departamentində Fərdi müştərilərə xidmət bölməsinin rəhbəri olaraq çalışmışdır.
2014-cü ildə Azər-Türk Bank ASC-də Təşkilati departamentdə baş mütəxəssis olaraq çalışmışdır.
2015-2018-ci illərdə İnsan resurslarının idarə edilməsi departamentində baş mütəxəssis kimi çalışmışdır.
2018-2019-cu illərdə Azər-Türk Bank ASC-də Layihələrin idarəedilməsi ofisində layihə meneceri olaraq çalışmışdır.
2019-2021-ci illərdə Azərbaycan Beynəlxalq Bankı ASC-də Təlim və inkişaf şöbəsində baş mütəxəssis olaraq çalışmışdır.
2021-ci ildə Agro Food Investment şirkətində təlim üzrə müşavir olaraq çalışmışdır.
2022-ci ildə Bank Respublika ASC-də İnsan resursları üzrə biznes tərəfdaş kimi çalışmışdır.
2023-cü ildən etibarən Bank Respublika ASC-də İnsan resurslarının idarə edilməsi departamentində menecer olaraq çalışır.
Pedaqoji fəaliyyəti:
WoWoman qadın inkişaf platformasında təlimçi kimi çalışmaqdadır.
Bank Respublika ASC-də daxili təlimçi kimi çalışmaqdadır.
International Consulting Company şirkətində təlimçi kimi çalışmaqdadır.
Sertifikatlar:
IPMA Level C
Boğaziçi Universiteti Human resource management
2023 BMI Business School Istanbul "Eğiticinin Eğitimi" sertifika programı