156

Professional Reporting with Power BI

Data SoCool
Data SoCool
İT

Təlim tarixi:

Təlim haqqında

Praktiki Power BI ilə Reporting təlimində datanın təmizlənməsini, vizuallaşdırılmasını, Marketing, Risk, və Maliyyə hesabatlarının qurulmasını öyrənəcəksiniz.
Təlim haqqında:
Biznesin intellektual təhlili şirkətin inkişafına kömək etmək və böyük nəticələrə nail olmaq üçün daha yaxşı qərarların verilməsində məlumatların düzgün və səmərəli istifadəsini tələb edir. Microsoft şirkətinin təqdim etdiyi Power BI proqramı məlumatların təhlili və proqnozlaşdırılmasını təmin etməklə ən çox istifadə olunan vasitələrdən biridir. Kurs müddətində Power BI-ın hesabatları n avtomatlaşdırılmasındakı mühüm rolu vurğulanacaq və iş dünyasında datanın necə dəyərə çevrildiyi nümunə hesabatlar üzərində göstəriləcək. 4 həftəlik proqram daxilində siz databazaların təhlükəsiz və səmərəli qurulması, dataların təmizlənməsi, vizuallaşdırılması, dashboard və reportların hazırlanması və son istifadəçilərlə paylaşılması haqqında ən vacib və tam praktiki, müasir iş dünyasının tələblərini qarşılayan bilik və bacarıqlara yiyələnəcəksiniz.
Kurs müddətində təlimçi sizə Microsoft-un beynəlxalq DA-100 imtahanına hazırlıq üçün mentorluq edəcəkdir.

Təlimçi haqqında:
Aydın Bağırov – Power BI və DAX üzrə ekspert. Hal-hazırda Alliance Logistics şirkətinin Data Analitikası şöbəsində şöbə rəisi vəzifəsində çalışır. Əməliyyatların avtomatlaşdırması və optimallaşdırılması, rutin işlərdən azad olma və effektivliyi artırmaq üçün analitik həllər təqdim edir.  Microsoft-un bir sıra rəsmi sertifikatlarına sahibdir: “Analyzing and Visualizing Data with Power BI”,  “Analyzing and Visualizing Data with Excel”, “Essential Statistics for Data Analysis using Excel”, “Querying Data with Transact-SQL”, “Python for Data Science”.
 
Sevinc Huseynova -  Microsoft Certified Data Analyst Associate.
Hazırda Paşa Bankda Risklərin İdarə etməsi üzrə mütəxəssis kimi çalışır. 3 ildən artıq təlimçilik təcrübəsinə sahibdir. 
Qafqaz Universitetinin Mühasibat uçotu və Audit ixtisası üzrə bakalavr təhsili almışdır. 2018-ci ildə ADA Universiteti və Paşa Bank tərəfindən təşkil olunmuş 1ci Big Data Hackathon yarışmasının qalibidir.

Təlimin metodu:
Hər mövzu sonunda siz sərbəst iş və tapşırıqlarla qarşılaşacaq, Marketing, Risk, KPİ və Maliyyə hesabatlarının necə qurulduğunu öyrənəcəksiniz. Təlimin sonunda isə  proyekt üzərində işləyərək öz hesabatlarını fərdi şəkildə tamamlayacaqsınız. Təlim proqramı ərzində mentorluq dəstəyi göstəriləcək. Verilən tapşırıqların həllinə və dərsdəki davamiyyətə uyğun olaraq sertifikat təqdim olunacaq.

Təlim müddəti: 1,5 ay (30 saat)
Təlim qiyməti: 250 AZN
Tələbələr üçün: 200 AZN 

Təlimin proqramı:
Section 1: Introduction
Section 2: Level 1: Creating and formatting a table visualization
Section 3: Level 2: Formatting our first visualization
Section 4: Level 3: 8a. Creating different visualizations:Matrices and bar charts
Section 5: Level 4: Adding more control to your visualizations
Section 6: Level 5: 8a. Other visualizations
Section 7: Level 6: Mapping
Section 8: Level 7: 6. Measure performance by using KPIs, gauges and cards
Section 9: Part 1 Level 8: Other Visualization Items 
Section 10: Part 2 Get and Transform dаta: Level 1 - Home Part 1
Section 11: Part 2 Level 1 - Get Data - Home
Section 12: Part 2 Level 2 - Getting Multiple files
Section 13: Part 2 Level 3 - Transform Menu
Section 14: Part 2 Level 4 - Transform - Text and Numbers
Section 15: Part 2 Level 5 - Transform - Dates and Time
Section 16: Part 2 Level 6- Add Columns, View and Help Menus
Section 17: Part 2 Level 7 - View and Help menus and advanced functionality
Section 18: Part 2 Level 8 - Get other types of data
Section 19: Part 2 Level 9 - Other Get and Transform
Section 20: Part 3 Level 1 - An introduction to DAX functions, including Logical functions
Section 21: Part 3 Level 2 - Statistical functions
Section 22: Part 3 Level 3 - Mathematical functions
Section 23: Part 3 Level 4 - Text functions
Section 24: Part 3 Level 5 - Information Functions
Section 25: Part 3 Level 6 - Filter and Value Functions
Section 26: Part 3 Level 7 - Time Intelligence Functions
Section 27: Part 3 Level 8 - Other Modeling and DAX
Section 28: Part 4 Section 1 - An Introduction to the Power BI Service
Section 29: Part 4 Section 2 - Power BI Pro and adding users
Section 30: Part 4 Section 3 - Row and Object Level Security
Section 31: Part 4 Section 4 - Dashboards
Section 32: Part 4 Section 5 - Manage datasets
Section 33: Part 4 Section 6 - Create and manage workspaces