84

Maliyyə təşkilatlarının komplayens işçisi

ICC
ICC
Audit

Təlim tarixi:
24.11.2024
Təlimçi: Xədicə Zeynalova

Təlim haqqında

"MALİYYƏ TƏŞKİLATLARININ KOMPLAYENS İŞÇİSİ" üzrə SERTİFİKASİYA TƏLİMİ! (Audit,BOKT,Faktorinq,Sığorta,Lizinq, Lombard və s üçün)
  • Təlimdə kimlər iştirak edə bilər: İstənilən şəxs
  • Təlimin başlanma tarixi: 24 noyabr  2024-cü il
  • Təlimin davam etmə müddəti: 18 saat, 6 dərs 
  • Təlim saatı və günləri: şənbə və bazar 12:00-dan 15:00-dək
  • Təlimin keçirilmə üslubu: ofis rejimi və ya online (Zoom platforması ilə) 
  • Təlim keçiriləcək ünvan: Bakı şəhəri, Cəfər Cabbarlı 44 (Caspian Plaza, 1-ci kor. 5-ci mər.)
Təlimin qiyməti:
  • OFİS və ONLİNE REJİM: 300 AZN (vergi daxil)
Ödənişə daxildir:
1) Digital Sertifikat - ACTD, ISO 9001-2015; ISO 29993-2017 loqosu ilə 
2) təlim materialları
3) video recording (online olduqda)
4) coffee break (ofis olduqda)
Qeyd: Çap olunmuş holoqram etiketli sertifikat əldə etmək istəyən şəxslər əlavə 15 manat ödəniş etməlidirlər.
YEKUN İMTAHAN NƏTİCƏSİNƏ GÖRƏ QRUP ÜZRƏ:
?1-ci yer tutan XİM (xüsusi istedadlı məzun) diplomu, Tövsiyyə məktubu və ya Fəxri Fərman
?2-ci yer tutan FƏXRİ FƏRMAN
?3-cü yer tutan FƏXRİ FƏRMAN
Tədris dili: Azərbaycan dili
Təlim proqramı:
Blok 1: Əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin riskləri və üsulları
1)Əmlakın leqallaşdırılması haqqında ümumi məlumat
2)Terrorçuluğun maliyyələşdirilməsi haqqında ümumi məlumat
3)Əmlakın leqallaşdırılmasının (pulların yuyulmasının) mərhələləri
4)Əmlakın leqallaşdırılmasının (pulların yuyulmasının) üsulları
Blok 2: ƏL/TMM və Hədəfli maliyyə sanksiyaları haqqında Qanun
1) ƏL TMM əsas anlayışlar
2) ƏL/TMM sahəsində önləyici tədbirlər
3) Monitorinq olunmalı əməliyyatlar
4) Hədəfli maliyyə sanksiyaları haqqında əsas anlayışlar
Blok 3: Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər
1) Daxili qayda və prosedurlar, nəzarət mexanizmləri və onların inkişaf planlarına dair tələblər
2) Komplayens sistemi və məsul şəxsə dair tələblər
3) İşəgötürmə prosesi və işçilərə təlimlərin keçirilməsinə dair tələblər
4) Müstəqil audit mexanizminə dair tələblər
5) İnstitusional risk qiymətləndirilməsi
6) Yeni məhsulların risklərinin qiymətləndirilməsi
Blok 4: Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirləri, risk faktorlarının müəyyən edilməsi və müştəri profilinin risk qrupları
1) Müştəri uyğunluğu tədbirləri çərçivəsində eyniləşdirmə tədbirləri
2)Hüquqi şəxslərin və hüquqi təsisatların benefisiar mülkiyyətçilərinin müəyyən edilməsi
3) Müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri baxımından yüksək və aşağı risk faktorları və müştəri profilinin yüksək, orta və ya aşağı risk qrupuna aid edilməsi qaydası
4) Sadələşdirilmiş  və gücləndirilmiş   müştəri uyğunluğu tədbirləri
5) Müştəri uyğunluğu tədbirləri çərçivəsində verifikasiya tədbirləri
6) Yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirləri
7) Müştəri uyğunluğu tədbirlərinin davamlı tətbiqi
Blok 5: Öhdəlik daşıyan şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi
1) Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmalı məlumat və sənədlər
2) Məlumat və sənədlərin Maliyyə Monitorinqi Xidmətinə təqdim edilmə üsulu, müddətləri və geri qaytarılması
3)Müştəri profili üzrə risk dərəcəsinə müvafiq olaraq irihəcmli hesab edilə bilən nağd əməliyyatların araşdırılması
4) Xüsusi indikatorlar
5) Şübhəli əməliyyatların monitorinqi prosesi və onun əsas elementləri
6)ŞƏM-in araşdırılması prosesi və onun mərhələləri
7) Şübhəli əməliyyatların aşkar edilməsi və təqdim olunması
Blok 6: MMX tərəfindən geriyə məlumatlandırma
1) Geriyə məlumatlandırmanın məqsədi
2) Geriyə məlumatlandırmanın növləri
3) Məlumatlandırmanın dövriliyi
4) Təqdim olunan məlumat və sənədlərin qiymətləndirilməsi
Qeydiyyat üçün şəxsiyyətinizi təsdiq edən sənədin şəklini 055 584 87 85 #whatsapp nömrəsinə göndərməyiniz xahiş olunur.