433

Professional bank işçisi (Bankirlərin yay məktəbi)

ICC
ICC
Bank işi

Təlim tarixi:
31.07.2024

Təlim haqqında

PROFESSİONAL BANK İŞÇİSİ
“Bankirlərin yay məktəbi” layihəsi üzrə 50% ENDİRİM

Təlimdə kimlər iştirak edə bilər: istənilən bank əməkdaşı
Təlimin başlanma tarixi: 31 iyul 2024-cü il.
Təlimin davam etmə müddəti: 12 həftə, 72 saat
Təlim saatı: həftənin çərşənbə və cümə günləri saat 19:00-dan 22:00-dək
Təlimin keçirilmə üslubu: ofis rejimi və ya online (zoom platforması üzərindən)
Təlim keçiriləcək ünvan: Bakı şəhəri, C. Cabbarlı 44, Caspian Plaza (1-ci korpus, 5-ci mərtəbə) 
Online: Zoom platforması üzərindən

Təlimin qiyməti:
OFİS: 800 AZN (vergi daxil)
- 50% ENDİRİMLƏ – 400 AZN (3 aya hissəli ödəniş mümkündür)
ONLİNE: 700 AZN (vergi daxil)
- 50% ENDİRİMLƏ –  350 AZN (3 aya  hissəli ödəniş mümkündür
Qeydiyyat zamanı 100 AZN təlimin xidmət haqqından bir hissə olaraq  ödəniş olmalıdır. Həmin məbləğ təlimin xidmət haqqına daxildir və hesablamada nəzərə alınır.

YEKUN İMTAHAN NƏTİCƏSİNƏ GÖRƏ QRUP ÜZRƏ 
1-ci yer tutan XİM (xüsusi istedadlı məzun) diplomu, Tövsiyyə məktubu və ya FƏXRİ FƏRMAN
2-ci yer tutan FƏXRİ FƏRMAN
3-cü yer tutan FƏXRİ FƏRMAN

Ödənişə daxildir:
1) Digital Sertifikat - ACTD, ISO 9001-2015; ISO 29993-2017 loqosu ilə 
2) təlim materialları
3) video recording (online olduqda)
4) coffee break (ofis olduqda)

Qeyd: Çap olunmuş holoqram etiketli sertifikat əldə etmək istəyən şəxslər əlavə 15 manat ödəniş etməlidirlər.
Tədris dili: Azərbaycan dili

Proqram:
Bank qanunvericiliyi və idarəetmə
1) Bank sistemi
2) Bankların təşkilati strukturu
3) Banklarda korporativ idarəetmə
Kreditlər üzrə prudensial tənzimlənmə
1) Aktivlərin təsnifləşdirilməsi və xüsusi ehtiyyatların yaradılması
2) Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi
3) Banklarda kredit risklərinin idarə edilməsi 
4) Banka aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması
5) İpoteka kreditləri 
Bank maliyyəsi və mühasibat uçotu
1) Maliyyə hesabatları: Balans
2) Balansdan kənar əməliyyatlar
Prudensial tənzimlənmə 
1) Məcmu kapitalın hesablanması
2) Kapital adekvatlığının hesablanması
3) Açıq valyuta mövqeyi limitlərinin hesablanması
4) Bankın investisiya əməliyyatları

Bank vergi münasibətləri 
1) Vergilərin təsnifatı
2) Vergi riskləri
3) Vergi hesabatlığı
Komplayens nəzarəti 
1) PL/TMM
2) Şübhəli əməliyyatlara nəzarət mexanizmləri 
3) Şübhəli əməliyyat indikatorları və monitorinq qaydaları
Banklarda daxili nəzarət və daxili auditin təşkili 
1) Daxili audit və onun bankda rolu
2) Daxili audit və daxili nəzarət arasında kombinasiya
Banklarda risklərin idarəedilməsi
1) Risklərin təsnifatı və idarə edilməsi sistemi
2) Banklarda likvidlik riskin idarə edilməsi
3) Risklərin idarə edilməsi strategiyası
4) Risklərin idarə edilməsi prosesi
5) Beynəlxalq risk metodologiyası
6) Əməliyyat və Bazar riskləri
Xidmətin keyfiyyətinə nəzarət
1) İdeal müştəri xidmətinin təşkili
2) Xidmətin keyfiyyətinə nəzarət mexanizmləri
3) “Feedback”lərin toplanması kanalları ilə işin təşkili

Qeydiyyat üçün şəxsiyyətinizi təsdiq edən sənədin şəklini 055 584 87 85 whatsapp nömrəsinə göndərməyiniz xahiş olunur.

Digər şirkətlərin bu mövzuda təlimləri