78

Microsoft Power BI for Beginners

Updata
Updata
İT

Təlim tarixi:

Təlim haqqında

Niyə Power BI ?
Power BI biznes analitika platformasıdır və müəssisələrə məlumatları təmizləməyə və tamamilə mənalı məlumatlara çevirməyə imkan verir. O, məlumatları hərtərəfli təhlil edir və güclü hesabatlar ortaya çixardir. Power BI analitika həllərini icra etmək qabiliyyətinə əsaslanan əsas platforma kimi qəbul edilir.

Üstünlükləri:
• Sürətli, Cəld və Çevikdir
• Asan əldə olunandır
• Mükəmməldir
• Sərfəli & Münasibdir

Öyrənəcəklərimiz:
• Sıfırdan peşəkar keyfiyyətli biznes analitika hesabatların hazırlanması
• Xam məlumatları gözəl interaktiv idarə panellərinə çevirilməsi
• Dünyada ən popular BI sisteminin istifadəsinin öyrənilməsi
• Tam miqyaslı kurs layihəsi ilə bacarıqlarınızı nümayiş etdirilməsi (addım- addım həllər ilə)
• Biznes analitikanın iş prosesini başdan sona başa düşülməsi
• Power BI-da qurduğunuz ssenari və daşbordlara əsasən qərarlarınızı daha tez və cəld verə biləcək
• Power BI Xidmətində idarə paneli qurub və paylaşılması

Təlim proqramı kimlər üçün nəzərdə tutulmuşdur?
• İş tapmaq və data analitikası karyerasına başlamağahazırlaşmaq istəyən hər kəs
• Data Analizi prosesini mənimsəmək istəyən sahibkarlar/CEO/təsisçilər
• Data Scientists
• Biznes Analizi sahəsində bacarıq dəstlərini artırmaq istəyən yeni başlayanlar üçün

Təlim haqqında:
5 həftə müddəti əhatə edən proqram dövründə hesabat və dashboardları hazırlamaq üçün sadə data analizlərindən mürəkkəb biznes ssenarilərinə qədər lazım olan bütün Power BI komponentləri – Power Query (Get Data & Transform),Power BI Desktop (Data Modeling & DAX,Data Visualization) və hesabatlarınızı paylaşmaq üçün Power BI Service (onlayn web versiya) öyrədiləcək.
Power BI-ın kompyuter versiyasında (Desktop) hazırladıqdan sonra hesabat, analiz və daşbordlara həm özünüz, həm də icazə verəcəyiniz işçilər internet browser və mobil telefon vasitəsilə nəzarət edə, interaktiv olaraq dəyişə və bir toxunuşla istədiyiniz məlumatları görə biləcəksiniz.
Təlim əsasən 6 Moduldan ibarətdir. Hər Modul bol praktika və real biznes keysləri ilə tədris olunur. Hər modulun sonunda baş tutacaq imtahan vasitəsi ilə iştirakçıların qazandıqları bilik və bacarıqların qiymətləndirilməsi aparılır.
Zəif nəticə göstərən iştirakçılara yenidən həmin modul üzrə praktiki tapşırıqlar verilir və fərdi nəzarət edilir.
Müddət: 20 saat (5 həftə , hər həftə 4 saat)
Dərs formatı: Online / Offline
Ünvan: Jalə Plaza 3-cü mərtəbə, Şamil Əzizbəyov 140, 28 May metrosu
Qeydiyyat linki https://www.updata.az/qeydiyyat
Qeyd: Təlim zamanı əlavə mentor xidmətidə nəzərdə tutulmuşdur.

İştirak etmək üçün qeyd:
  • Təlimdə iştirakınızı qeydiyyatdan keçməklə təsdiqləyirsiniz.
  • Yalnız qeydiyyatdan keçənlər təlimdə iştirak edə biləcək.
  • Qeydiyyat haqqında daha ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz.
Məlumat üçün əlaqə vasitələri:
E-mailinfo@updata.az
Əlaqə tel.: (+99450) 671 72 27

Digər şirkətlərin bu mövzuda təlimləri

Şirkətin digər təlimləri