Təlim şirkətləri

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi (bundan sonra - KAİB) keyfiyyət və idarəetmə sahəsində yenilikçi ideyaları ilə fərqlənən intelektual, peşəkar və böyük təcrübəyə malik insanları birləşdirən, ölkəmizdə istehsal olunan məhsul və göstərilən xidmətlərin keyfiyyətli və rəqabətqabiliyyətli olması üçün effektiv həll variantlarını təklif edən qeyri-hökümət təşkilatıdır.

KAİB 2007-ci il noyabrın 25-də təsis edilib. 2008-ci il oktyabrın 30-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb.
KAİB-in yaradılmasında əsas məqsəd Azərbaycanda keyfiyyət, idarəetmə, standartlaşdırma, sertifikatlaşdırma, metrologiya, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahələrinin inkişafına kömək etmək, ölkəmizdə istehsal olunan məhsulların və göstərilən xidmətlərin keyfiyyətli və rəqabətqabiliyyətli olması üçün maarifçilik fəaliyyətini həyata keçirməkdir.
Azərbaycanın sosial-iqtisadi inkişafına yönəlik bütün təşəbbüsləri dəstəkləyən KAİB yüksək bilik, bacarıq və təşəbbüskarlığa malik kadrları ətrafında toplayaraq iqtisadiyyatımızın rəqabət gücünün artırılmasına öz fəaliyyəti ilə töhvə verməyə çalışır.

Təlimlər