120

Risklərin idarə edilməsi

Keyfiyyət Assosiasiyası
Keyfiyyət Assosiasiyası
İdarəetmə

Təlim tarixi:

Təlim haqqında

Risk əsaslı düşüncə effektiv bir keyfiyyəti idarəetmə sisteminə nail olmaq üçün lazımdır. Bu konsepsiyasının ISO 9001 standartın əvvəlki versiyasında nəzərdə tutulmasına baxmayaraq, 2015-ci il versiyasındakı kimi açıq-aydın bir şəkildə ifadə edilməmişdi.
ISO 9001:2015 beynəlxalq standartın tələblərinə uyğunluğu təmin etmək üçün təşkilat risklərlə bağlı fəaliyyətləri planlaşdırmalı və həyata keçirməlidir. Risklərin müəyyən edilməsi və nəzərə alınması, keyfiyyəti idarəetmə sisteminin effektivliyinin artırılması, yaxşılaşdırılmış nəticələrə nail olunması və mənfi təsirlərin qarşısının alınması üçün zəmin yaradır.

Təlimin məqsədi:
ISO 9001:2015 standartına görə risk əsaslı düşüncə, risk və imkanların müəyyən edilməsi, təhlili metodları, uyğunsuzluqların aradan qaldırılmasına yönəlik qabaqlayıcı fəaliyyətlər, risklərin effektiv idarə edilməsi üzrə nəzəri biliklərin və praktiki bacarıqların öyrədilməsi.

Təlimin müddəti:
 2 gün / 16 saat

İştirakçılar:
Keyfiyyət üzrə menecerlər,
KİS-i tətbiq etmək istəyən təşkilatların rəhbər işçiləri və mütəxəssisləri,
Keyfiyyəti idarəetmə ilə maraqlanan şəxslər

Təlimin faydaları:
Təlim iştirakçıları keyfiyyəti idarəetmə sistemində risklərin və imkanların müəyyən edilməsi, təhlili, təşkilatda risk və imkanlarla bağlı fəaliyyətlərin planlaşdırılması və effektiv şəkildə həyata keçirilməsi metodları barədə məlumat əldə edəcəklər.

Tədris üsulları:
Təlim interaktiv formada keçiriləcək. İştirakçıların keçirilən mövzuları mənimsəmə səviyyəsini müəyyən etmək üçün müxtəlif tapşırıqlar, aralarında komanda ruhunu formalaşdırmaq məqsədilə qrup çalışmaları veriləcəkdir.

Təlimin sonunda veriləcək sənədlər:
Təlimin sonunda keçirilən mövzular üzrə imtahan təşkil ediləcəkdir. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim ediləcəkdir. Təşkil olunmuş imtahandan uğurla keçə bilməyənlərə isə “İştirakçı sertifikatı” veriləcəkdir.

Təlimin qitməti: 200 AZN
Təlim qiymətinə daxildir:
Təqdimat kitabçası
Standart (ISO 9001:2015)
Nahar
Şirniyyat və çay
Sertifikat (İştirakçı və ya müvəffəqiyyət)

Ətraflı məlumat və qeydiyyat üçün birbaşa 055 215 09 23 (Whatsapp aktivdir!) nömrəmiz ilə əlaqə saxlayın!