140

Keyfiyyəti idarəetmə sistemləri

Keyfiyyət Assosiasiyası İctimai Birliyi
Keyfiyyət Assosiasiyası İctimai Birliyi
Risk

Təlim tarixi:

Təlim haqqında

ISO 9001:2015. KEYFİYYƏTİ İDARƏETMƏ SİSTEMLƏRİ - TƏLƏBLƏR: “GİRİŞ” TƏLİMİ

Müasir bazar şəraitində müştərilərin tələb və gözləntilərinə cavab verən keyfiyyətli məhsulların istehsalı və xidmətlərin göstərilməsi beynəlxalq standartlara əsaslanan idarəetmə sistemlərinin qurulması və effektiv fəaliyyətinin təmin edilməsindən çox asılıdır. Bu beynəlxalq standartlardan biri də ISO 9001:2015 standartıdır.
Daim təkmilləşən ISO 9001 seriyalı standartın son versiyası olan bu standart müasir tələblərə cavab verən dəyişiklikləri özünə daxil etmişdir. Bu təlimə qatılmaqla siz standartın tarixi, yeni versiyada istifadə olunan əsas termin və anlayışlar, tələblər, ali səviyyəli struktur habelə tələblər haqqında geniş informasiya əldə edəcəksiniz. Bu biliklər sizə keyfiyyəti idarəetmə üzrə biliklərinizi daha inkişaf etdirməyə və işlədiyiniz müəssisənin idarəetmə sisteminin effektivliyini artırılmasına xidmət edəcək şəkildə tətbiq etməyə yardımedəcəkdir.

Təlimin məqsədi:
İştirakçıları ISO 9001 beynəlxalq standartının yeni 2015-ci il versiyası haqqında məlumatlandırmaq və onun maddələrinin düzgün başa düşülməsi üçün şərh vermək
Təlimin müddəti: 2 gün / 14 saat

İştirakçılar:
KİS tətbiq olunan şirkətin rəhbər işçiləri və mütəxəssisləri;
Keyfiyyəti idarəetmə ilə maraqlanan şəxslər: tələbələr, magistrlar, aspirantlar;
Bu sahədə işləməyə başlayanlar.

Təlimin faydaları:
ISO 9001:2015 standartı haqqında ümumi məlumat
ISO 9001:2008 və ISO 9001:2015 standartlarının müqayisəsi əsasında dəyişiliklərin şərhi
Keyfiyyəti idarəetmə sistemində risk yönümlü yanaşma haqqında məlumat və praktiki tövsiyələr
ISO 9001:2015 standartında sənədləşdirmə ilə bağlı tələblər haqqında məlumat
ISO 9001:2015 sertifikatının alınması üçün görülməsi lazım olan işlər haqqında məlumat

Tədris üsulları:
Təlim interaktiv formada keçiriləcək. İştirakçıların keçirilən mövzuları mənimsəmə səviyyəsini müəyyən etmək üçün müxtəlif tapşırıqlar, aralarında komanda ruhunu formalaşdırmaq məqsədilə qrup çalışmaları veriləcəkdir.
Təlimin sonunda veriləcək sənədlər:
Təlimin sonunda keçirilən mövzular üzrə imtahan təşkil ediləcəkdir. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim ediləcəkdir. Təşkil olunmuş imtahandan uğurla keçə bilməyənlərə isə “İştirakçı sertifikatı” veriləcəkdir.

Təlim qiymətinə daxildir:
Təqdimat kitabçası
Standart
Nahar
Şirniyyat və çay
Sertifikat (İştirakçı və ya müvəffəqiyyət)

Ətraflı məlumat və qeydiyyat üçün birbaşa 055 215 09 23 (Whatsapp aktivdir!) nömrəmiz ilə əlaqə saxlayın!