116

ACCA - DipIFR təlimi

Barattson
Barattson
Maliyyə

Təlim tarixi:

Təlim haqqında

“ACCA - DiplFR” təlimi

Təlimin xülasəsi:
DipIFR (Beynəlxalq Maliyyə Hesabatı üzrə Diplom) ACCA kvalifikasiyasıdır. 
 
ACCA 118 il müddəti ərzində fəaliyyət göstərən, 170 ölkədə tələbələri və üzvləri olan qlobal mühasibatlıq təşkilatıdır. DipIFR BMHS haqqında biliklərinizi inkişaf etdirmək üçün hazırlanmışdır. 
 
Təlimdən kim faydalana bilər?
Baş Maliyyə Direktorları (CFO), maliyyə menecerləri və strateji planlaşdırma mütəxəssisləri;
Mühasiblər və analitiklər;
Mayadəyəri hesablayan və idarəetmə mühasibləri (CMA);
Maliyyə və mühasibatlıq üzrə mütəxəssislər;
Maliyyə / mühasibatlıq ixtisası üzrə təhsil almış məzunlar. 
 
Təlimin müddəti: 130 saat
 
Proqram:
1.Beynəlxalq tənzimləyici mənbələr
Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (IASB) və tənzimləmə bazası
 
2.Maliyyə elementləri
Gəlirlərin tanınması
Əsas vəsaitlər (TTA)
Aktivlərin dəyərsizləşməsi
İcarə və Lizinq
Qeyri-maddi aktivlər və Qudvil
Ehtiyatlar
Maliyyə alətləri
Qiymətləndirilmiş öhdəliklər, şərti aktivlər və şərti öhdəliklər
Məşğulluq və işdən sonrakı müavinətlər
Maliyyə hesabatlarında cari və təxirəsalınmış vergi, 
Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri
Kənd təsərrüfatı
Səhm üzrə ödənişlər
Kəşfiyyat və qiymətləndirmə xərcləri
Ədalətli dəyərin ölçülməsi
 
3.Maliyyə hesabatları və əlavə məlumatların açıqlaması
Maliyyə vəziyyəti haqqında hesabat, mənfəət və zərər və digər məcmu gəlir haqqında hesabat və kapitaldakı dəyişikliklər haqqında hesabat
Hesabat dövründən sonrakı hadisələr
Uçot siyasəti, mühasibat təxminlərində dəyişikliklər və səhvlər
Əlaqəli tərəflərin açıqlamaları
Əməliyyat seqmentləri
Kiçik və orta müəssisələrin (KOM) hesabat tələbləri
 
4.Birləşən,assosiativ təşkilatlar və qoşulma ardıcıllığı üçün maliyyə hesabatların hazırlanması
Qrup konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması
Biznes kombinasiyaları - qrupdaxili əməliyyatlar
Biznes kombinasiyaları - ədalətli dəyər ölçülməsi
Biznes kombinasiyaları - birgə fəaliyyətlər
Törəmə müəassisələrdə nəzarət payların tamamilə satılması
 
Təlimdə öyrənəcəkləriniz:
Beynəlxalq Maliyyə Hesabatları üzrə Diplom (DiplFR) imtahanına hazırlıq təlimi sizin Beynəlxalq Maliyyə Hesabatları Standartları (BMHS) ilə bağlı bilik səviyyənizi inkişaf etdirəcəksiniz;
Çox qısa bir müddətdə Beynəlxalq Maliyyə Hesabatları Standartları (BMHS) ilə tanış olmayan maliyyə mütəxəssisləri BMHS üzrə iş bacarıqlarının inkişafı ilə bağlı çətinlikləri həll edəcək;
DiplFR kvalifikasiyasının əsaslandığı prinsiplər və anlayışlar, o cümlədən beynəlxalq bazarlarda tətbiqi tədris olunacaq.
 
ƏLAQƏ:
Telefon:  +994 (55) 502 44 95, +994 (70) 205 44 92
Whatsapp linki: https://bit.ly/3sZPJIr 
Ünvan: Elmlər Akademiyası m/st, B.Vahabzadə küç.5, BDU ilə üzbəüz çıxışı