136

Oracle Database SQL

Data SoCool
Data SoCool
İT

Təlim tarixi:

Təlim haqqında

Oracle Database SQL təlimində iştirakçılar databazanı düzgün strukturlaşdırmağı, SQL funksiyalarının tətbiqini, mürəkkəb data modellərin qurulmasını öyrənəcək, proyektlərlə işləyərək müxtəlif bizneslər üçün databaza həlləri tapacaq və onları tətbiq edəcəklər. 
Təlimin sonunda iştirakçılar Beynəlxalq Oracle SQL sertifikat imtahanına girmək üçün iləri (advanced) bacarıqlar qazanmış olacaqlar.


Təlimçi haqqında:

Şahin Kərimov - Oracle Database SQL Expert Certified. SQL üzrə təcrübəsi 2007-2022-ci illəri əhatə edir. Daha öncə Expressbankda IT Departamentinin rəhbəri kimi çalışmışdır. Hazırda Bank Respublikada İnformasiya Texnologiyaları departamentində direktor müavini vəzifəsində çalışır. Həmçinin Xəzər Universitetində akademik fəaliyyət göstərir. 2012-ci ildən etibarən həm fərdi, həm korperativ təlimlərdə təlimçi olaraq çıxış edir. 
 
Təlimin metodu:
Dərslər nümunə məlumatlar bazası üzərində qurulur. Təlim alan tərəf öz arzusu ilə test məlumat bazasında imkan yaradarsa, dərslər həmin baza üzrərində qurula bilər. Oracle SQL əmrləri hər hansı tooldan asılı olmayaraq (SQL Developer, PLSQL Developer, Toad və s.) sərbəst istifadə edilə biləcək qaydada öyrədilir. Təlimin sonunda iştirakçılar müxtəlif proyeklər üzərində öyrəndiklərini tətbiq edəcək və bununla öz portfoliolarını genişləndirə biləcəklər. Əlavə olaraq, təlim müddətində iştirakçılar üçün yaradılmış qruplarda tam mentorluq dəstəyi göstəriləcək, müzakirələrə qatılmaq və beynəlxalq sertifikat imtahanlarına hazırlaşmaq imkanı əldə edəcəklər.


Təlim müddəti: 3 ay (60 saat)
Təlim qiyməti: 300 AZN (aylıq)
Tələbələr üçün: 240 AZN (aylıq)

Təlimin proqramı:
Oracle və SQL-ə giriş: Sadə sorğuların yazılması
Əlaqəli verilənlər bazası idarəətmə sistemləri (RDBMS) və Strukturlu Sorğu Dili (SQL) haqqında ümumi məlumat
Oracle və qoşulma üçün müvafiq proqramların (SQL Developer, Toad və s.) quraşdırılması
Sadə SQL sorğularının yazılması
Sorğularda şərt və sıralama, bool məntiqinin izahı (Where, Order by, Bool operations)

SQL Funksiyaları
Tək sətrli funksiyalar (Single-Row Functions)
Qrup funksiyaları (Group Functions)
Analitik funksiyalar (Analytics Functions)

İki və daha çox cədvəldən məlumatların çıxarılması və Alt sorğular
Bir neçə cədvəldən məlumatların çıxarılması (Joins: Cross, Inner, Outer)
Alt Sorğuların istifadəsi (Sub queries: SingleRow, MultipleRow, Correlated)

Cədvəllərin strukturları və məlumatlarla iş sorğuları(DDL, DML)
Məlumatların yazılması, dəyişdirilməsi, silinməsi (DML: İnsert, Update, Delete, Merge)
Bir neçə cədvələ məlumatların yazılması (Multitable insert: Conditional, Unconditional)
Cədvəllərin yaradılması, strukturunun dəyişdirilməsi, ləğv edilməsi, ad dəyişmə, şərhlər (DDL: Create, Alter, Drop, Truncate. Rename and Comment)

Constraint və View obyektləri
Cədvəllər üzərinə məhdudiyyətlər (Constraints: Primary key, Unique, Foreign key, Not NULL, Check)
View obyeki (View)

İndekslər, Ardıcıl qiymətlər verən obyekt, Sinonimlər və Çoxluq əməliyyatları (Indexes, Squences, Synonyms, SET operators)
Index tipləri və istifadə qaydaları
Sequence yaradılması və istifadəsi
Synonym yaradılması və istifadəsi
Çoxluq əməliyyatları(Set operators: Union, Union all, İntersect, Minus)

Requlyar ifadələr, pivot və ağacvari strukturlu sql sorğuları
Requlyar ifadələrdən istifadə (Regular expressions, REGEXP_)
Pivot sql yazılması və istifadə yerləri (PİVOT)
Hierarchical sql sorgularinin yazılması

Oracle istifadəçi idarəetməsi və yekun praktika
Userin yaradılması və hüquqlarımın idarəedilməsi (DCL)
Arzu olunan sənaye sahəsinə uyğun verilənlər bazasının yaradılması və hesabatların yazılması
Yaradılmış model üzərində yekun praktika

1z0-071 Beynəlxalq Oracle SQL sertifikat imtahanı ilə tanışlıq və hazırlıq.
İmtahana hazırlıq haqqında təlimat
İmtahan testlərinin nümunə üzrə izah edilməsi

PL/SQL-ə giriş
Block structure, variables, identifiers, Record types
Control and Loop statements, Collections
Functions, Procedures and Packages

Biznes dünyasına giriş
Data Scientist üçün CV hazırlama
Müsahibə hazırlığı