Təlim haqqında
Təlimin hədəfi:
1. Əməliyyatriskləri üzrə mütəxəssislərin fəaliyyətinin səmərəliyinin artırılması.
2. Risk sahəsi üzrə yeni işə götürülmüş şəxslərin təkmişləşdirilməsi.
Təlimdə kimlər iştirak edə bilər? : Əməliyyatriskləri üzrə mütəxəssislər, risk sahəsi üzrə yeni işə götürülmüş şəxslər, risk sahəsinə maraqlı şəxslər
Təlimdə iştirak sayı: Təlim mini qrup şəklinində keçirilir. Bir qrupda minimum 5, maksimum 7 nəfər iştirak edə bilər. Bir bankdan iştirakçı sayı çox olarsa, qarşılıqlı tarix razılaşması ilə bir bank üçün ayrıca bir qrup da təşkil oluna bilər.
Texniki avadanlıqların təşkili:Təlimdə müxtəlifmetod və modellərlə praktiki tanış olmaq, virtual bank üzərindən müxtəlif hesablamalar etmək, praktiki vərdişlərin möhkəmləndirmək üçün hər bir şəxsin təlim prosesində komputerdən istifadəsi mütləqdir.
Təlimin davametmə müddəti: Ümumi tədris yükü 8 saatdır. Əlavə olaraq 1 saat vaxt “Yoxlama suallar və qrup çalışması” üçün ayrılacaq. Yekun təlim və məşğələ saatı: 9 saat
Təlimin qiyməti:
Təlimin ümumi dəyəri (9 saat üzrə) - 250 AZN (vergi daxil)
Ödənişlər – bağlanacaq “Təlim xidməti” müqaviləsi əsasında bank hesabına köçürmə ilə həyata keçirilir.
Endirimlə 200 AZN (verdi daxil)Ödənişə daxildir:
- “İnternational Consulting Company” şirkətinin SERTİFİKATI
- Təlim materialları
- Cofee-break
Tədris dili: Azərbaycan dili
Təlimin məzmunu:
Bankların fəaliyyətindəki mümkün itki və zərərlərin azaldılması, onların baş vermə tezliyinin minumuma endirilməsi zərurəti, həmçinin beynəlxalq maliyyə bazarında buna olan çağrışlar “Risk Menecmentin” əhəmiyyətini hər gün daha çox artırır. Baş verə biləcək risklərin vaxtında müəyyən edilməsi və mitiqasiyası risk menecerlərdən nəzəri və təcrübi biliklər tələb edir.
Risk Menecment üzrə, xüsusilə əməliyyat risklərinin idarə olunması istiqamətində nəzəri biliklər əldə etmək üçün nə qədər çox müxtəlif mənbələr olsa da (müxtəlif dərsliklər, sertifikatlaşma imtahanlarının materialları və s.) bu sahədə praktiki biliklərin əldə olunması olduqca çox vaxt aparır, hətta bir sıra hallarda praktik modelləri, qiymətləndirmə alətlərini və mitiqasiya metodlarını düzgün müəyyən edib tətbiq etmək baxımdan istənilən effektiv nəticəni vermir. Digər tərəfdən əməliyyat risklərinin idarə edilməsi Azərbaycanda yeni bir fəaliyyət olduğu üçün praktiki bilik əldə etmə imkanları bir az daha məhdudlaşır.
Təklif etdiyimiz 2 gün ərzində tədris ediləcək 8 saatlıq təlim proqramı bir başa yuxarıda qeyd edilən ehtiyacı qarşılamağa,risk menecment sahəsində fəaliyyət göstərən əməkdaşların əməliyyat risklərinin mitiqasiyası üzrə praktiki vərdişlərinin artırlmasına, müxtəlif metod və modellərlə tanış olmağa, virtual bank üzərindən müxtəlif hesablamalar etməklə,praktiki vərdişlərin möhkəmləndirilməsinəxidmət edir. Təlim proqramı AR Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankın tələbləri üzrə əməliyyat riskləri üzrə mütəxəssislər tərəfindən görülməli olan tədbirləri və mitiqasiya alətlərini tam əhatə edir.
Yardımçı vasitələr:Elektron təqdimat, formulalar, modellər, qrup çalışmaları və keyslər
Təlim proqramı:
Mövzü 1: Risk Menecment haqqında ümumi anlayış, Risk Menecment Çərçivəsinin (Framework) tətbiqi (1,5 saat)
Risk Menecment və onun təsnifatı
ERM, Risk Framework-in banklarda tətbiqi:
a) Risk mədəniyyəti
b) Risk profili
c) Risk limitləri
d) Risk menecmentin səviyyələri
Mövzu 2: Əməliyyat risklərinin idarə olunması, Əsas Risk İndikatorlarının (KRİ) analizi (2 saat)
Əməliyyat risklərinin təsnifatı
Biznes proseslərin monitorinqi və risklərin mitiqasiyası:
a) Risklərin müəyyən edilməsi
b) Risklərin qiymətləndirilməsi
c) Risklərin mitiqasiyası, tədbirlər planının hazırlanması
KRİ-lərin hesablanması və trendlərin analizi
Mövzu 3: Bankın Risk Xəritəsinin hazırlanması, RCSA metodologiyasının tətbiqi (1,5 saat)
RCSA metodologiyasının öyrənilməsi və tətbiqi:
a) RCSA suallarının hazırlanması
b) Cavabların dəyərləndirilməsi
c) Risk hadisələrinin tezlik, təsir və nəzarət meyarlarına görə təsnifləşdirilməsi
d) İstilik xəritəsinin hazırlanması və prioritetliyin təyin edilməsi
Mövzu 4: Əməliyyat riskləri üzrə kapital ehtiyatlarının hesablanması (1 saat)
Əməliyyat riskləri üzrə kapital ehtiyatlarının hesablanmasında istifadə edilən metodlar:
a) Basic İndicator Approach (BİA)
b) Standardised Approach (SA)
c) Advanced Measurement Approach (AMA)
Mövzu 5: İtki məlumatlarının toplanması, İnsident Menecment Sistemi (1 saat)
İtki məlumatlarının toplanması üçün istifadə edilən kanallar
İtki-risk hadisəsinin təsnifləşdirilməsi və qiymətləndirilməsi (Baselə görə)
İnsident Menecment sisteminin xüsusiyyətləri və banklarda qurulması
İnsidentlərin araşdırılması və onları törədən problemlərin aradan qaldırılması üçün bacarıqların artırılması
İtki məlumat bazası əsasında növbəti illər üçün əməliyyat risklərinin proqnozlaşdırılması
Mövzu 6 : Dələduzluğun və daxili komplayens risklərinin idarə edilməsi (1saat)
Anti-Fraud sisteminin qurulması
Dələduzluq və qayda pozuntusu hallarını aşkar etmək üçün istifadə edilən risk indikatorları
Fraud “çempionları” və Vintaj “çempionları” arasında əlaqə matrisinin qurulması
Yoxlama suallar və qrup çalışması (1 saat)