Datanın faydalarını ölkəmizdə təbliğ etmək fəaliyyətimiz ilk olaraq 2018-ci ilinin avqust ayından bu sahəni öyrənmək istəyən şəxslərə istiqamət vermək ideyası ilə başlamışdır. 2018-ci ilin sentyabr ayında Azərbaycan Gənclər Fondunun XI Qrant müsabiqəsinə müraciət etmiş və 2019-cu ilin fevral ayından etibarən 500-dən çox müraciətçi arasından 3 mərhələ ilə seçilən 30 gənclə Excel, Power BI, SPSS və Tableau proqramlarına giriş mövzuları və bir neçə müxtəlif şirkətlərə infoturla ümumilikdə 12 günlük təlimlə başladıq. İlk məzunlarımız sayılan bu 30 gəncin bir qismi hazırda ölkənin aparıcı maliyyə,IT şirkətlərində və banklarında çalışırlar, bəziləri isə Avropanın aparıcı universitetlərində təhsillərini davam etdirirlər.