Təlim şirkətləri

TARİX
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası İctimai Birliyi (ARPA) ölkədə maliyyə, idarəetmə və risklərin idarə olunması istiqamətində mədəniyyətin zənginləşməsinə təkan vermək, müvafiq sahələrdə tədqiqatların aparılması, nəşrlərin dərc olunması və vahid peşəkarlar şəbəkəsinin qurulması vasitəsilə Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədi ilə 19 mart 2009-cu ildə Azərbaycan Risk Peşəkarları Assosiasiyası kimi təsis edilmişdir .

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 21 oktyabr 2019-cu il q-02 saylı qərarına əsasən, “peşəkar mühasib təşkilatı” kimi akkreditasiyadan keçmişdir və ARPA-ya həmin tarixdən etibarən edilən müraciətlər əsasında fiziki şəxslərin peşəkar təşkilata üzvlüyü tanınır.
ARPA peşəkar mühasib təşkilatı statusunun tələblərinə və Dünya Bankı və Maliyyə Nazirliyinin birgə layihəsi olan “Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi”ndə (CAPSAP) iştirakı ilə bağlı əldə etdiyi təcrübə və Mühasiblərin Peşəkar Sertifikasiyası (MPS) hüquqlarına istinad edərək, ən son standartların tədrisi əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək peşəkar mühasib sertifikasiya imtahanlarına hazırlıq kurslarını təşkil edir.
 
Layihələr və Əməkdaşlıqlar 
2009-cu ildə ARPA ilk olaraq Risk Peşəkarlarının Beynəlxalq Assosiasiyası (GARP) ilə əməkdaşlığa başlamışdır. Risk menecerləri üçün aparıcı peşəkar assosiasiya olaraq GARP-ın missiyası tədris, təlim və qlobal təcrübələrin təşviqi yolu ilə risklərin idarə edilməsi sahəsində peşəkar inkişafın dəstəklənməsidir. GARP “Peşəkar sertifikasiya proqramları”, “Tədris proqramları”, “Qlobal Qiymətləndirmə Təşəbbüsü”, “Risk rəhbərliyini əlaqələndirmək”, “Qlobal risk icmasını əlaqələndirmək”, “Risk
İntellektuallığı” kimi alətlərdən istifadə təcrübəsinin ARPA vasitəsilə Azərbaycanda tətbiq olunmasında mühüm rol oynamışdır.  Nəticədə, ARPA GARP-la birgə “Bank İşi və Banklarda Risk Menecmentin Əsasları Sertifikasiyası” üçün materialları tərcümə etmiş, təlim proqramları hazırlamış və 2009-cu ilin may ayında ilk BRM imtahanı keçirmişdir. İmtahanda 100-dən artıq şəxs iştirak etmişdir.
GARP-la əməkdaşlığın növbəti mərhələsi olaraq Bank Risklərinin qarşısının alınması (ABR) istiqamətində sertifikasiya proqramı hazırlanmış və imtahan keçirilmişdir. İmtahanda 200-dən artıq şəxs iştirak etmişdir.
 
Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (BMK) da ARPA-nın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biridir. ARPA ilə BMK arasında əməkdaşlığın əsası 2010-cu ildə qoyulmuşdur. BMK beynəlxalq standartlara və təcrübələrə uyğun qanunvericiliklə bağlı təşəbbüslərin irəli sürülməsində ARPA-ya dəstək göstərmişdir. Daha sonra ARPA Azərbaycan Korporativ İdarəetmə Layihəsinə qoşulmuş və layihənin çıxış tərəfdaşı olmuşdur. ARPA və BMK birgə çoxsaylı korporativ idarəetmə üzrə qiymətləndirmə layihələri həyata keçirmişlər. Hal-hazırda ARPA BMK tərəfindən həyata keçirilən Regional Korporativ İdarəetmə Layihəsinin üzvüdür. ARPA BMK-nın dəstəyi ilə “Qadınlar idarəetmədə”, “Risklərin İdarəolunması təlimi” kimi tədbir və seminarlar keçirmişdir.
 
CII (Chartered İnsurance İnstitute) ilə əməkdaşlığa 2012-ci ildən başlanmış, ARPA-nın aktiv fəaliyyəti nəticəsində CII ilə rəsmi tərəfdaşlıq əlaqələri qurulmuşdur. ARPA CII-ın lisenziyalı regional imtahan mərkəzi kimi təsdiq edilmiş və CII-ın (Chartered İnsurance İnstitute) regional səviyyədə təlim və imtahan keçirmək səlahiyyətini əldə etmişdir. 2014- cü ildən etibarən CII-ın rəsmi razılığı ilə tədris materialları hazırlanmış və Azərbaycanda sığorta sahəsində azərbaycan dilində ilk
sertifikasiya proqramının – PSS-in hazırlanmasına başlamışdır. Bu məqsədlə CII-a məxsus olan və ingilis dilində nəşr edilən “Insurance: principles and practice” dərsliyi azərbaycan dilinə tərcümə və nəşr edilmişdir.
 
ÜZVLÜK SİYASƏTİ
Üzvlük siyasətinin əsas məqsədi ölkədə maliyyə,mühasibatlıq və risklərin idarə edilməsi istiqamətlərinin öyrənilməsi və inkişafı, bu sahədə öz üzvlərinin maraqlarının müdafiə edilməsidir. Üzvlər assosiasiyanın aparıcı qüvvəsi olmaqla onun özəyini təşkil edir. İstənilən fiziki və hüquqi şəxs (qanunvericiliyə və
ARPA-nın tələblərinə tam riayət etməklə) ARPA-nın üzvü ola və onun fəaliyyətində iştirak edə bilər.
Üzvlük proqramı 2 növdən ibarətdir. Hüquqi şəxslər üçün “Korporativ üzvlük” proqramı, fiziki şəxslər üçün isə “Fərdi üzvlük” proqramı mövcuddur.
ARPA İB-nin 500-dən çox  fərdi, 12   korporativ üzvü vardır.
  
ARPA Komitələr
ARPA-nın fəaliyyətdə olan 3 komitəsi mövcuddur. . ARPA fəaliyyət sferasını daha da genişləndirmək məqsədilə Komitələr təşkil etmişdir Risklərin İdarə Olunması. Mühasibat üçotu üzrə Komitə, Sığorta Komitəsi. Komitələrin üzvləri  və sədrləri  bank, sığorta , dövlət qurumlarının   əməkdaşlarıdır. 
  
Sertifikasiya Proqramları
PSS sertifikasiyası
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) tərəfindən hazırlanmış sertifikasiya proqramıdır. PSS ölkəmizdə sığorta sahəsində Azərbaycan dilində olan ilk sertifikasiya proqramıdır. PSS–in tədris proqramı sığorta sahəsində dünyada tanınmış CII (The Chartered Insurance Institute) sertifikasiya proqramının tədris materialları (CII-ın rəsmi razılığı ilə) əsasında hazırlanmışdır.
  
Cİİ sertifikasiyası
ARPA CII-ın lisenziyalı regional imtahan mərkəzi kimi təsdiq edilmiş və CII-ın (Chartered İnsurance İnstitute) regional səviyyədə təlim və imtahan keçirmək səlahiyyətini əldə etmişdir
 
Forum, Seminar, Təlim
ARPA fəaliyyət göstərdiyi sferalarda, xüsusilə də mühasibat uçotu və risklərin idarə edilməsi sahəsində aktual olan məsələlərlə bağlı yerli peşəkarların mövqeyinin öyrənilməsi və beynəlxalq mütəxəssislərin təcrübəsindən yararlanmaq məqsədilə forumlar, seminarlar və təlimlər təşkil edir.
 
Xarici və yerli əməkdaşlıq etdiyi təşkilatlar 
Maliyyə Nəzirliyi Tədris Mərkəzi – METM
Verqilər Nazirliyi Tədris Mərkəzi
Azərbaycan Dovlət İqtisadUniversiteti
Xəzər Univesiteti və s.
Risk Peşəkarlarının Beynəlxalq Assosiasiyası - GARP
Dünya Bankı
Beynəlxalq Maliyyə Korporasiyası - İFC
AMCHAM
Azərbayvan Sığortaçılar Assosiasiyası - ASA

Təlimlər