127

Biznes statistikası

ARPA
ARPA
Marketinq

Təlim tarixi:

Təlim haqqında

Kurs haqqında: 
Bu kurs statistika fənninə giriş olaraq dinləyicilərə müxtəlif sahələrdə proseslərin təhlilində zəruri olan təhlil formasının öyrənməsinə xidmət edir.

Cari dövrdə idarəetmə sahəsində olan insanlar daha çox informasiya ilə qarşılaşırlar. Məlumatlar əsasında doğru qərarlar qəbul etmək biznesi idarə edənlər üçün çox vacibdir. Təlim statistik təhlillərin biznes dünyasında tətbiqini istifadə etməklə iştirakçıların daha da doğru düşünüb hərəkət etmələrinə imkan verir. Bu təlimdə siz biznes işində uğurlu olmaq üçün lazım olan bilikləri nəzəri və praktiki olaraq öyrənəcəksiniz.
Tədris yalnız qrup şəklindədir. Qrupda maksimal iştirakçı sayı 8-10 arasında dəyişir.

Tələb olunan bilik səviyyəsi:
Kursun materiallarını daha yaxşı mənimsəmək üçün dinləyicilərin sadə riyaziyyat və ehtimal nəzəriyyəsi üzrə biliklərinə malik olması zəruridir.

Sertifikat: 
Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara 3 istiqamətdə (dinləyici, müvəffəqiyyət, fərqlənmə) sertifikat təqdim olunacaq.

Kursun dili:
Azərbaycan

Kursun müddəti: 
120 saat

Qeydiyyat üçün  office@arpa.org.az e-mail ünvanına və ya 012 505 00 56 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.