127

Peşəkar mühasib

ARPA
ARPA
Maliyyə

Təlim tarixi:

Təlim haqqında

DİM tərəfindən rəsmi olaraq “Peşəkar Mühasib” sertifikatının verilməsi üçün keçiriləcək imtahan proqramları elan olundu. ARPA imtahanda iştirak edəcək namizədləri elan olunan imtahan proqramlarına əsasən təşkil olunmuş “Peşəkar Mühasib” təlim kurslarına dəvət edir. Həmçinin ARPA 2019-cu il 21 oktaybr tarixində akkreditasiyadan keçmiş “Peşəkar Mühasib Təşkilatı” kimi hazırda mühasibat uçotu sahəsində çalışan peşəkarlar üçün üzvlük imkanları da təqdim edir.

Qeyd etmək lazımdır ki, Mühasibat Uçotu ilə bağlı yeni qərara əsasən Azərbaycan Respublikasında “Peşəkar Mühasib” hüququnu əldə etmək üçün aşağıdakılar tələb olunur:
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək sertifikasiya imtahanında iştirak edərək sertifikat əldə etmək
Peşəkar mühasib təşkilatına üzv olmaq
Peşəkar mühasib təşkilatına üzvlük barədə sənədi və peşəkar mühasib sertifikatını AR-nın Maliyyə Nazirliyinə təqdim etməklə reyestrdən keçmək.

Endirimlər: 
ARPA-nın Korporativ Üzvlərinin əməkdaşlarına – 10%
Eyni müəssisədən 1-dən artıq şəxs iştirak etdiyi təqdirdə – 5%

Kursda iştirak etmək istəyən şəxslərdən qeydiyyat formasını dolduraraq əlaqələndirici şəxsə göndərməyi tələb olunur: office@arpa.org.az e-mail ünvanına və ya 012 505 00 56 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.