116

Satışa rəhbərlik kursu

SAT group
SAT group
Satış

Təlim tarixi:

Təlim haqqında

Satış rəhbəri şirkətə həyat verən əsas komanda – satış komandasına rəhbərlik edir. Onun peşəkarlığından, idarəçilik və liderlik bacarıqlarından həm şəxsi rifahı, həm idarə etdiyi satıcıların rifahı, eyni zamanda bütün şirkətin rifahı və gələcəyi asılıdır. Sat Group şirkəti sizə “satışa rəhbərliyin” əsas incəliklərini uğurlu, zəngin təcrübəyə sahib satış mütəxəssislərindən 3 günlük intensiv kurs vasitəsilə öyrənməyə dəvət edir.

Kurs kimlər üçündür?
Satış rəhbərləri
Kiçik və orta biznes sahibləri
Kommersiya direktorları
Sahibkarlar
Şirkət rəhbərləri

Kursda nələri öyrənəcəm?
Güclü satış komandası formalaşdırmaq üçün gərəkli bilik və bacarıqlara yiyələnmək
Satış komandasının daimi inkişafı və yüksək motivasiyada işləməsi
Effektli nəzarət – hesabatlılıq sisteminin olması. İdarəçilikdə rahatlıq və effektlilik.
Uğurlu satış sisteminin qurulması və ya satış sisteminin təkmilləşməsi
Yeni gəlirli satış kanallarının yaradılması
Satışların həm qısa müddətdə, həm də davamlı olaraq artması
Bazarı düzgün analiz etmək və imkanları aşkarlamaq bacarıqları.

Kursun proqramı
Satış personalı seçimi,kriteriyalar,seçim prosesi - Azad Qəhramanovun təqdimatında
-Satıcı tipləri. Potensiallı satıcı kimdir?
-Hardan tapmalı? Seçim prosesi. Seçim kriteriyaları.
- “İntervyu” treninqi.

Satış personalının yetişdirilməsi - Azad Qəhramanovun təqdimatında
-Yeni satış nümayəndəsinin işə tam qoşulmasına qədər olan addımlar
-Məhsul bilgisi. Rəqiblər və alternativlər haqda bilginin toplanması
-Yeni satıcıda satış bilikləri və bacarıqlarının formalaşdırılması
-Daimi inkişaf mərkəzi – təcrübə bölgüsü. Öyrədici və təkmilləşdirici toplantılar
-İş başında təlim.

Satış rəhbəri və personal münasibəti - Azad Qəhramanovun təqdimatında
-Liderlik.Satış rəhbəri tipləri (diktator, peşəkar dost və qayğıkeş ana)
-Liderliyinin 10 prinsipi
-Satıcıları daim yüksək motivasiyada saxlamaq üçün 5 üsul
-Düzgün tənqid etmə metodu. “əks əlaqə” təlimi

Satış sistemi.Bazarda maksimum sayda müştəri qazandıracaq,satıcıları maksimal effektlə işləməyə sövq edəcək sistemin hazırlanması və sistemlə iş - Anar bayramovun təqdimatında
-Satış sistemi nə üçün vacibdir?
-CRM, müştəri məlumat bazası. Məlumat bazası ilə iş
-Satış hədəflərinin qoyulması
-Satış komandasının düzgün təşkili
-Satışda prioritetlərin düzgün qoyulması. Vacib işlərin müəyyənləşdirilməsi və komandanın daha effektli işləməyə sövq edilməsi
-Satış rutları. Rutların hazırlanması və rutlar üzrə iş. Satış işçilərinin bonus/maaş sistemi. Satış hesabatlıq sistemi, analitika
-B2B satış
-Time management. Satış rəhbərinin vaxt və fəaliyyət planlaması
-İş günün planlaşdırılması

Satış rəhbəri marketinq haqda nələri bilməlidir - Rafiq Hunaytalın təqdimatında
-Marketinq nə üçündür? Marketinqin satışla sərhəddi.
-Marketinq strategiyası.
-Brendinq, brend strategiyası, mövqelənmə.
-Qiymət, qiymətqoyma.
-Market
-Hədəf kütləyə necə çatmaq olar?
-Marketinq büdcəsinin hazırlanması.
-Reklamların effektliliyi.
-Reklam kanallarının müqayisəsi.
-Ənənəvi media ilə yeni medianın (SMM) fərqi.
-Rəqəmsal marketinq.
-Kampaniyaların təşkili

Ödənişə daxildir:
Praktiki tapşırıqlar, komandalarla iş
Coffee Break
Təlim materialları
Təcrübəli mütəxəssislər ilə birbaşa ünsiyyət və məsləhətləşmək imkanı
Sertifikat

Kursun qiyməti: 350 AZN