136

Data Analysis with Python

UPDATA
UPDATA
Data analitika

Təlim tarixi:

Təlim haqqında

Niyə Python?
Python dili ən əlçatan proqramlaşdırma dillərindən biridir, çünki o, sadələşdirilmiş sintaksisə malikdir. Öyrənilməsi və istifadəsi asanlığına görə, python kodları asanlıqla yazıla və digər proqramlaşdırma dillərinə nisbətən çox daha sürətli icra edilə bilər.

Həmçinin ümumi təyinatlı proqramlaşdırma dilidir, ona görə də bir çox şeylər üçün istifadə edilə bilər:
Web development
Artifical İntelligence
Machine learning
Əməliyyat sistemləri
Mobil proqramların hazırlanması
Video oyunların yazılması və s.

Öyrənəcəklərimiz:
Python ilə Proqramlaşdırmanın əsasları
Pythondan istifadə edərək mürəkkəb əməliyyatların icrası
Obyekt Yönümlü Proqramlaşdırma sayəsində kod təkrarının qarşısının alınması
Sqlite3 ilə sahədə ən çox istifadə olunan SQL dilindən istifadə
Statistika və Ehtimal nəzərriyəsinin əsasları
Numpy Modulundan istifadə edərək Riyazi hesablamalarda rahatlıq
Pandas Modulundan istifadə edərək Datalar üzərində işləmə.
Matplotlib Kitabxanası ilə vizuallaşdırma və müxtəlif qrafiklərin çəkilməsi
Machine Learning sahəsi üzrə ilkin biliklər
Kaggle və Github platformasında portfolio yaradılması

Təlim proqramı kimlər üçün nəzərdə tutulmuşdur?
Yüksək karyera hədəfi quranlar
Disiplinli və istəkli olanlar
Sıfırdan programlama öyrənmək istəyənlər
Data Analitikası sahəsində gələcək qurmaq istəyənlər
Tələbələr

Təlim haqqında:
3 ay (12 həftə) davam edən proqram sayəsində Python proqram dili vasitəsilə toplu məlumatlar üzərində təmizləmə, təhlil etmə, modelləşdirmə və vizuallaşdırma mərhələlərini tətbiq etməyi öyrənəcəksiniz.
Təlim əsasən 4 Moduldan ibarətdir.
Hər Modul bol praktika və real biznes keysləri ilə tədris olunur.
Hər modulun sonunda baş tutacaq imtahan vasitəsi ilə iştirakçıların qazandıqları bilik və bacarıqların qiymətləndirilməsi aparılır.
Zəif nəticə göstərən iştirakçılara yenidən həmin modul üzrə praktiki tapşırıqlar verilir və fərdi nəzarət edilir.
Bu təlim müddətində Riyaziyyat, Statistika və Ehtimal nəzəriyyəsini öyrənməklə yanaşı, Machine learning sahəsi üzrədə geniş biliklər əldə etmiş olacaqsınız.

Müddət: 3 ay 48 saat (12 həftə , hər həftə 4 saat)
Dərs formatı: Online / Offline
Ünvan: Jalə Plaza 3-cü mərtəbə, Şamil Əzizbəyov 140, 28 May metrosu
Qeyd: Təlim zamanı əlavə mentor xidmətidə nəzərdə tutulmuşdur.

İştirak etmək üçün qeyd:
Təlimdə iştirakınızı qeydiyyatdan keçməklə təsdiqləyirsiniz.
Yalnız qeydiyyatdan keçənlər təlimdə iştirak edə biləcək.
Qeydiyyat haqqında daha ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz.

Məlumat üçün əlaqə vasitələri:
Əlaqə tel.: (+99450) 671 72 27