122

Data Analitika Bootcamp

UPDATA
UPDATA
Data analitika

Təlim tarixi:

Təlim haqqında

İcmal
Data Analitika Bootcampı Data Analitikası, Vizuallaşdırma, Statistika mövzularının birlikdə tədris edildiyi ən geniş Data Analitika proqramlarından biridir. Siz bu proqramda qarışıq , mürəkkəb məlumatları manipulyasiya etməyi, təhlil üçün hazırlamağı və vizuallaşdırma metodlarını Excel, SQL, Python və Power BI alətləri ilə öyrənəcəksiniz. Bootcamp müddəti ərzində real layihələrlə işləyərək biliklərinizi tətbiq edəcək və Kaggle Data Analitika portfolionuzu yaradacaqsınız. Real biznes problemləri və datasetlərlə əlaqəli suallarınıza tez bir zamanda cavab tapmaq üçün mentor xidməti də nəzərdə tutulmuşdur. Bootcamp sonunda imtahan nəticələrinə əsasən İştirakçı və Müvəffəqiyyət sertifikatlarından biri təqdim olunacaq. Bununla yanaşı, yerli və qlobal şirkətlərdə fəaliyyət göstərən mütəxəssislərimiz tərəfindən fərqli mövzularda seminarlar tədris olunacaq və cv hazırlanmasında dəstək, individual karyera xidməti də əldə edəcəksiniz

Tədris müddəti: 20 həftə, həftədə 3 dərs, hər dərs 2 saat olmaqla intensiv təlimlər keçiriləcək.
Qeydiyyat: Online müraciətinizi tamamladıqdan sonra əməkdaşımız sizinlə əlaqə saxlıyaraq qeydiyyatla əlaqəli ətraflı məlumat verəcək və müvafiq proqrama yönləndirəcək.
Mentor xidməti: Xüsusi seçilmiş mentorlarımız Bootcamp müddətində daim sizinlə çalışacaq.
Tədris proqramı: Azərbaycan Beynalxalq Bankı, Kapital Bank, Bank of Baku, Azər-Türk Bank, Turan Drilling & Engineering və LC Waikiki kimi iri qurumlarda çalışan mütəxəssislərimiz tərəfindən real biznes və analitika keyzləri əsasında yaradılmışdır.
Təlimin sonunda: Data Analitik bacarıqlarınızı Capstone Layihə əsasında nümayış etdirəcəksiniz və mentorunuz layihənizi qiymətləndirəcək. İmtahan nəticələrinə əsasən İştirakçı və Müvəffəqiyyət sertifikatlarından biri təqdim ediləcək.
Karyera xidmətləri: Tədris proqramı ərzində siz peşəkar Data Analitiklər və HR mütəxəssisləri ilə görüşüb müzakirələr aparacaq və uğurlu karyera ilə bağlı məsləhətlər alacaqsınız.

Bununla yanaşı,
a. CV hazırlanmasında dəstək, uyğun iş imkanlarına yönləndirmək
b. İşə qəbul mərhələsinə hazırlıq
c. Linkedin profilinizin hazırlanması
d. Kaggle portfoliosunu formalaşdırmaq

İştirak etmək üçün qeyd:
Təlimdə iştirakınızı qeydiyyatdan keçməklə təsdiqləyirsiniz.
Yalnız qeydiyyatdan keçənlər təlimdə iştirak edə biləcək.
Qeydiyyat haqqında daha ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz.

Məlumat üçün əlaqə vasitələri:
Əlaqə tel.: (+99450) 671 72 27