146

Oracle SQL & PL SQL

UPDATA
UPDATA
İT

Təlim tarixi:

Təlim haqqında

A-dan Z-yə Oracle SQL & PL SQL
İcmal
Günümüzdə Oracle bazası ən məşhur və ən çox istifadə olunan RDBMS-lərdən biridir. Bu kurs ilə sizlər Oracle Sql və Pl Sqli mürəkkəb səviyyədə öyrənəcək və Sqlin əsl gücü ilə tanış olacaqsınız. Həmçinin, öz “CV”-nizdə Sql biliklərinizi çox rahat şəkildə “Yuxarı səviyyə” qeyd edə bilərsiniz.

Öyrənəcəklərimiz:
Sıfırdan SQL sorğularının yazılması
Cədvəl, index və digər obyektlərin yaradılması, strukturunun dəyişdirilməsi, ləğv edilməsi
Oracle 12c versiyasında mövcud olan funksiyalarla işləmək bacarığı –Substr, İnstr, Nvl, Trim, Replace, Reverse, Sum, Min, Max, Avg,Row_number, Rank, Lag, Lead, Listagg and so on.
İki və daha artıq cədvəldən məlumatların çıxarılması, Alt sorğular
Oracle istifadəçi idarəetməsi, userlərə hüquqların verilməsi və ya ləğv edilməsi
PL/SQl-ə giriş, blokların yaradılması, dəyişən tipləri
Prosedur və funksiyaların yaradılması
Trigger və cursorla işləmək bacarığı
Etdiyimiz praktikalar vasitəsilə alqoritm qurmaq bacağını təkmilləşdirmək
z0-071 Beynəlxalq Oracle SQL sertifikat imtahanı ilə tanışlıq və hazırlıq.

Təlim proqramı kimlər üçün nəzərdə tutulmuşdur?
Yüksək karyera hədəfi quranlar
Karyerasını dəyişənlər
Disiplinli və istəkli olanlar
İş həyatında SQL istifadə edən bütün ixtisas sahibləri, xüsusilə, analitik və reporterlər
Data Scientists və Data Engineers
Tələbələr

İştirak Tələbləri:
SQL-ə yeni addım atanlar və ya ilkin bilikləri olan şəxslər , gələcək karyerasını Data analitika, Raporlama kimi sahələrdə görənlər üçündür
Təlim haqqında:
Təlim ümumilikdə 4 ay (64 saat) müddətini əhatə edir.

Təlimin ilk 2 ayında siz sıfırdan Sql obyektlər yaradacaq, baza obyektlərini idarə edəcək, funsiyalar, joinlər,subquerylər və s. üzrə praktika edərək mürəkkəb və kompleks sorğular yazmağı öyrənəcəksiniz. Həmin dövr ərzində siz müxtəlif hesabatların hazırlanması üçün lazım olan bütün nəzəri və praktiki biliklərə yiyələnəcəksiniz. Bu müddət ərzində öyrəndikləriniz əsasında çox rahat bir şəkildə digər RDBMS-lərdə (MySql, MSSQL və s) işləyə biləcəksiniz.

Təlimin digər 2 ayında isə siz Pl/Sql blokları ilə tanış olacaq, Pl/Sql-in digər sorğu dillərindən üstünlüklərini öyrənəcək, prosedur, funksiya,trigger və digər Pl/Sql obyektlərini yaradacaq və onlarla işləyəcəksiniz.
Təlim əsasən 4 Moduldan ibarətdir. Hər Modul bol praktika ilə tədris olunur. Hər modulun sonunda baş tutacaq imtahan vasitəsi ilə iştirakçıların qazandıqları bilik və bacarıqların qiymətləndirilməsi aparılır. Zəif nəticə göstərən iştirakçılara yenidən həmin modul üzrə praktiki tapşırıqlar verilir və fərdi nəzarət edilir.

Müddət: 4 ay 64 saat (16 həftə , hər həftə 4 saat)
Dərs formatı: Online / Offline
Ünvan: Jalə Plaza 3-cü mərtəbə, Şamil Əzizbəyov 140, 28 May metrosu
Qeyd: Təlim zamanı əlavə mentor xidmətidə nəzərdə tutulmuşdur.

İştirak etmək üçün qeyd:
Təlimdə iştirakınızı qeydiyyatdan keçməklə təsdiqləyirsiniz.
Yalnız qeydiyyatdan keçənlər təlimdə iştirak edə biləcək.
Qeydiyyat haqqında daha ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz.

Məlumat üçün əlaqə vasitələri:
Əlaqə tel.: (+99450) 671 72 27