199

Kredit üzrə risk işçilərinin hazırlığı

ICC
ICC
Bank işi

Təlim tarixi:
09.01.2023
Təlimçi: Bayramov Ramin

Təlim haqqında

Kredit üzrə risk işçilərinin hazırlığı üzrə 23% ENDİRİM 
SERTİFİKASİYA TƏLİMI! 

İkili sertifikat proqramı

Təlimdə kimlər iştirak edə bilər: istənilən şəxs 
Təlimin başlanma tarixi: 9 yanvar 2023-cü il
Təlimin davam etmə müddəti: 24 saat, 1 ay
Təlim saatı və günləri: bazar ertəsi, çərşənbə  və cümə günləri saat 19:00-21:00
Təlimin keçirilmə üslubu: ofis rejimi və ya online (Zoom platforması ilə) 

Təlim keçiriləcək ünvan: Bakı şəhəri, Cəfər Cabbarlı 44 (Caspian plaza, 1-ci korpus, 5-ci mərtəbə)

Təlimin qiyməti (1 ay üzrə): 
OFİS: 400 AZN  (vergi daxil) ENDİRİMLƏ - 308 AZN
ONLİNE: 300 AZN  (vergi daxil) ENDİRİMLƏ - 231   AZN

Ödənişə daxildir:
1) Beynəlxalq Sertifikat - ACTD loqosu ilə.
2) təlim materialları
3) video recording (online olduqda)
4) coffee break (ofis olduqda)

Qeyd:
ICC ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında bağlanmış strateji tərəfdaşlıq müqaviləsi əsasında ICC məzunları eyni proqram üzrə imtahan verməklə risk üzrə ARPA sertifikatı da əldə bilərlər. ICC sertfikatindan əlavə ARPA sertifikatı üçün imtahan haqqı 60 AZN-dir və ödəniş yekunda imtahan zamanı  ARPA-ya ödənilir.

YEKUN İMTAHAN NƏTİCƏSİNƏ GÖRƏ QRUP ÜZRƏ: 
1-ci yer tutan XİM (xüsusi istedadlı məzun) diplomu, Tövsiyyə məktubu, 100 AZN dəyərində İCC hədiyyə kartı və ya Fəxri Fərman
2-ci yer tutan FƏXRİ FƏRMAN
3-cü yer tutan FƏXRİ FƏRMAN

Tədris dili: Azərbaycan dili

Təlim proqramı:
Blok 1: İSTEHLAK VƏ İPOTEKA KREDİTLƏRİ
1) İstehlak kreditlərinin növləri
2) İstehlak kreditləri üzrə BGN və KTN əmsalları
3) İstehlak kreditlərinin təsnifləşdirilməsi 
4) İstehlak kreditləri üzrə ehtiyyatların yaradılması və təminatın rolu
5) İstehlak kreditlərinin restrukturizasiyası
6) İstehlak kreditləri üzrə kredit risklərinin qiymətləndirilməsi
7) İstehlak kreditləri üzrə problemli kreditlərin sağlamlaşdırılması mərhələləri
8) İpoteka kreditləri

Blok 2: KREDİT RİSKLƏRİ  ÜZRƏ PRUDENSİAL NORMATİVLƏR
1) Bankın nizamnamə, balans və məcmu kapitalları
2) Biznes kreditlərinin təsnifləşdirilməsi və ehtiyyatların yaradılması, ehtiyyat yaratamada təminatın rolu
3) Banka aidiyyəti olan şəxslərlə kredit əməliyyatlarının aparılması
4) Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi
5) Kapital adekvatlığının hesablanması

BLOK 3: KREDİT RİSKLƏRİNİN İDARƏ EDİLMƏSİ
1) Kredit risklərin idarə edilməsi sistemi
2) Kredit risklərinin qiymətləndirilməsi
3) Təminatın qiymətləndirilməsi
4) Kredit inzibatçılığı
5) Kreditlərin restrukturizasiyası
6) Kredit dosyesi

BLOK 4: KREDİT və KREDİT TƏMİNATI ÜZRƏ QANUNVERCİLİK
1) Girov və ipoteka hüququ (Mülki Məcəllə)
2) İpoteka haqqında qanun
3) Daşınar Əmlakın dövlət reyestri
4) Danışmaz əmlakın dövlət reyestri
5) Zaminlik və qarantiya

Qeydiyyat üçün şəxsiyyətinizi təsdiq edən sənədin şəklini 055 584 87 85  whatsapp nömrəsinə göndərməyiniz xahiş olunur.