94

Biznes İdarəçiliyi kursu

SAT group
SAT group
İdarəetmə

Təlim tarixi:

Təlim haqqında

Uğurlu idarəçi olmaq üçün həm şəxsi keyfiyyətlərə, həm də xüsusi biliklərə, metodlara, sistemlərə ehtiyac var. Sat Groupun həyata keçirdiyi Peşəkar İdarəçilik Kursu şirkətlərdə çalışan müxtəlif ranqlı rəhbərlər və sahibkarlar üçün hazırlanmışdır. Bu kurs idarəçilik sənətinin əsas elementlərinə 8 təlim içində sahiblənmək və 1 ay müddətində öz işində müsbət dəyişikliklər yaratmaq üçün əla imkandır.

Kurs kimlər üçündür?
Şirkət rəhbərləri
Satış rəhbərləri
Marketinq direktorları
Sahibkarlar

Kursda nələri öyrənəcəm:
İdarəçilik haqqında əsas prinsiplər öyrədilir, ``yaxşı idarəçilik necə olur?`` sualına cavab tapılır. Balanslı idarəçiliyin necə həyata keçirilməli olduğu öyrədilir.
İdarəçiliyin əsas funksiyası olan ``planlama`` praktiki misallarla izah olunur. Sistemli, planlı işləməyin qaydası öyrədilir. Qərarvermə prosesi, keyfiyyətli qərarların verilməsi izah olunur.
İşçilərin potensialından maksimum effektiv istifadə etməyin yolları öyrədilir. Yaxşı iş mühitinin yaradılması, işəgötürən brendinin inkişaf etdirilməsi yolları, işçilərin daim motivasiyada saxlamaqla məhsuldarlığın artırılması ətraflı izah olunur.
Menecerin (rəhbərin) tabeliyindəki işçilərlə münasibətlərin necə qurulmalı olduğu öyrədilir.
Şirkətin strategiyasının hazırlanması addım-addım öyrədilir. Eyni zamanda idarəetməyə strateji yanaşma və onun əhəmiyyəti izah olunur.
Bütün menecerlər üçün lazım olan HR funksiyası izah olunur. Performan menecment sistemi vasitəsilə işçilərin şirkətin hədəflərinə doğru daha effektiv şəkildə köklənilməsinin yolları öyrədilir.
Biznesin məlumatlarının yüksək səviyyədə emal olunaraq keyfiyyətli qərarlar verilməsi yolları öyrədilir.
Ev tapşırığı olaraq qruplar bir şirkətin strategiyasını hazırlayıb təqdim edirlər.
Biznesdə dəyişiklikləri daha ağrısız və şirkətin mənafeyinə uyğun olaraq həyata keçirməyin yolları öyrədilir.
Şirkətin işləmə forması, biznes proseslərin təşkili, effektiv və səmərəli biznes modelin ortaya çıxarılması öyrədilir.
Şirkət rəhbərinə lazım olan səviyyədə satışın idarə olunması, effektiv satış sisteminin qurulması təqdim olunur.

Kursun proqramı:
İdarəçiliyin baza prinsipləri.
Liderlik, işçilərin motivasiyası.
Rəhbər işçi münasibətləri, səlahiyyətlərin verilməsi.
Planlama, hədəflərin qoyulması, vaxt planlaması.
Strateji idarəetmə.
Performans menecmenti.
Dəyişikliklərin idarə olunması, qərarvermə prosesi.
Biznes model, HR sistemi, satışların idarə olunması.


Ödənişə daxildir:
Coffee Break
Təlim materialları
Sertifikat
Netvörkinq yeməyi
Ekspress Konsaltinq
 
Kursun qiyməti: 600 AZN